Neymar "Barselona"ya qayıtmaq üçün xahiş edib?

Sportarena.az      8 Sentyabr 2018, 19:13

PSJ-nin ulduzu Neymar üçün İspaniyada gündəmi zəbt edən iddia ortaya atılıb.

 

Sportarena.az xəbər verir ki, "Mundo Deportivo" qəzeti braziliyalı hücumçunun ötən il "Barselona"dan PSJ-yə transfer olmasına görə, peşman olub. Nəşrin iddiasına görə, 26 yaşlı futbolçu Kataloniya klubundan geri dönmək üçün xahiş edib. Edinson Kavani ilə normal münasibəti olmayan və gözləmədiyi şəkildə Kilian Mbappenin kölgəsində qalan braziliyalı peşman olub. Məlumata görə, "Barselona" Nemyarın xahişinə məhəl qoymayıb.

 

Qeyd edək ki, Neymar ötən il 222 milyon avroya "Barselona"dan PSJ-yə keçmişdi. Onun adı bu yay daha çox "Real"la hallanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin