Ramil Quliyev dünya çempionatında ikinci oldu

10:17 9 Sentyabr 2018

Azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində təşkil olunan qitələrarası dünya çempionatında gümüş medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20.28 saniyə ilə ikinci yeri tutub. Qalib isə 20.19 saniyə ilə panamalı Alonso Edvard olub.

 

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır. Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan Ramil Quliyev yarışda Avropa komandasını təmsil edib.


Digər xəbərlər

Xəbər xətti