Riçard Almeyda: "Deyəsən, siz məndən çox bilirsiniz"

Sportarena.az      9 Sentyabr 2018, 23:14

“Bizim üçün məsuliyyətli  oyundur. Baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməyə çalışacağıq. Bunu edə bilsək, nəticə müsbət olacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Millətlər Liqasının ikinci turunun Malta ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Braziliya əsilli milliləşmiş futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

 

-Malta millisinin baş məşqçisi bildirib ki, Azərbaycanın oyun üslubunu meydanda siz müəyyənləşdirirsiniz. Buna münasibətinizi bilmək istərdik...

- Deyərdim ki, bizim millidə bütün futbolçular eyni səviyyədədir. Hər şey tək məndən asılı deyil. Bütün komanda yaxşı oynasa, verilən tapşırığı yerinə yetirsə, biz sabah istədiyimiz nəticəni əldə edəcəyik.

 

- Mətbuatda “Astana”dakı durumunuzdan razı olmadığınız və qışda komandadan ayrılmq istədiyinizlə bağlı məlumatlar dolaşır. Bu, nə dərəcədə doğrudur?


- “Astana”dakı durumumdan razıyam. Söz-söhbətlərdən mənim xəbərim yoxdur. Deyəsən, siz məndən çox bilirsiniz.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin