Millimizdə ciddi itki: komandadan ayrıldı

14:53 10 Sentyabr 2018

21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb. 19 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.

 

Dadaşovun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.


Digər xəbərlər

Xəbər xətti