Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

16:44 11 Sentyabr 2018

Sentyabrın 13-14-də Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

 

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Digər xəbərlər

Xəbər xətti