Norveç millisinin baş məşqçisi: "Bu qələbə bizə çox lazım idi"

01:29 12 Sentyabr 2018

Norveçin U-21 yığmasının baş məşqçisi Leif Gunnar Smerud seçmə mərhələ çərçivəsində millimizi 3:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

 

Sportarena.az xəbər verir ki, o, bu qələbənin komandasına çox lazım olduğunu söyləyib:

 

“Çox çətin oyun oldu. Rəqib bizə qarşı güclü oynadı. Taktiki baxımdan baş məşqçiləri yaxşı hazırlaşmışdı. Futbolçularım yalnız ikinci hissədə həyəcanını boğa bildi və lazım olan qolları vurduq. Bu qələbə bizə çox lazım idi”.


Xəbər xətti