İslandiya Belçika 0:3 - VİDEO

12:36 12 Sentyabr 2018

UEFA Millətlər Liqasında ikinci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə Belçikanı qəbul edib. Matç qonaqların 3:0 hesablı qələbəsiylə yekunlaşıb. İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub. 34 yaşlı qapıçı Hazardın (penalti) və Lukakunun dubluna mane ola bilməyib.

 

Qeyd edək ki, Halldorsson ilk turda İsveçrə ilə matçda qapısında 6 qol görmüşdü.

 

İslandiya - Belçika - 0:3

Qollar: Eden Hazard, 29 (pen.), Romelu Lukaku, 31, 81

 

 


Digər xəbərlər

Xəbər xətti