Nurəddin Rəcəbov: "Güləşdə asan rəqib yoxdur"

Sportarena.az      13 Sentyabr 2018, 10:35

Sentyabrın 17-dən 23-dək Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, mübarizəyə əvvəlcə yunan-Roma güləşçiləri start verəcək. Mundial ərəfəsində gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov AGF-nin saytına məsul yarışa hazırlıq və DÇ-də qarşıya qoyulan hədəflər haqqında açıqlama verib:

 

“Avropa çempionatını geridə qoyduq. Qitə birinciliyində himnimizi səsləndirdk. Bu, böyük nəticədir. Ancaq dünya çempionatı daha çətin yarışdır. Güləş indi dünyada elə inkişaf edib ki, asan rəqib yoxdur. Hazırlığımızı lazım olan qədər keçmişik. Məşqlərimizi davam etdiririk. Güləş bazasında bəzən gündə bir, bəzən isə məşq keçirik. Yüklənmədən, rejimdən asılı olaraq dəyişir.Avropa çempionumuz Ülvi Qənizadənin dizindəki köhnə zədəsi baş qaldırıb. Ağrıları var. Bu, bizi bir qədər narahat edir. Ancaq müalicə olunduqdan sonra məşqlərə qatılıb. Yarış ağır keçsə də, medallarımız olacaq. Yeniyetmələrdən ağır çəkidə Sərxan Məmmədovu toplanışa cəlb etmişik. Bilirsiniz ki, bizdə bu kateqoriya həmişə zəif olur. Yaxşı güləşçi tapmaq çətindir. Sərxanı gələcək perspektiv üçün heyətə cəlb etmişik. Bu gün ondan nəticə gözləmirik.Dünya çempionatında iştirak edəcək yeddi güləşçimizdən beşi medal qazana biləcək gücdədir. Digər iki güləşçi də xarakter nümayiş etdirib, uğur əldə edə bilər.Cəmi 2 aydı gəncləri çalışdırıram. Bu müddət ərzində komandada məsuliyyəti artırmağa nail olmuşuq. Nizam-intizam və rejim qaydasındadır. Həm fiziki, həm texniki, həm də taktiki hazırlıq üzərində çalışmışıq. Artıq yüklənməni azaltmışıq. Bundan sonra güləşçilərin çəki salmasına diqqət yetirəcəyik. Sentyabrın 15-də Slovakiyaya yollanacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin