Xulen Lopeteq: "Heyətdə dəyişiklik edəcəyimi düşünmürəm"

17:19 15 Sentyabr 2018

“Real”ın baş məşqçisi Xulen Lopeteqi La Liqada “Atletik”lə oynayacaqları matçdan əvvəl mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, ispan mütəxəssis La Liqa oyunlarının İspaniyadan kənarda keçirilməsinə qarşı olduğunu deyib: “Hər bir komanda eyni yerdə oynamaq istəyər. Oyunları nə üçün kənarda keçirmək istədiklərini başa düşmürəm. Bu fikri də dəstəkləmirəm. Bu, La Liqada rəqabət səviyyəsinə ciddi zərər vura bilər. “Atletik”ə gəlincə, biz bütün heyətlə ora gedəcəyik. Bizi çətin qarşılaşma gözləyir. Vacib oyundur, heyətdə dəyişiklik edəcəyimi düşünmürəm".

 

Yeni qərara əsasən, hər mövsüm İspaniya çempionatının bir neçə oyunu ABŞ və Kanadada keçiriləcək. Bu oyunlar “Barselona” və “Real”ın iştirakı ilə baş tutacaq. Onu da qeyd edək ki, Futbolçuların Həmkarlar İttifaqı bu ideyanın əleyhinə çıxıb.


Digər xəbərlər

Xəbər xətti