İbrahimoviç: "Mən necə qol vurmaq lazım olduğunu bilirəm"

Sportarena.az      22 Sentyabr 2018, 15:47

“Karyeram ərzində böyük klublarda nəhəng komandalara qarşı oynamaq imkanım olub. Eyni zamanda, inanılmaz futbolçularla eyni kollektivdə çıxış edib, qollar vurmuşam”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib. Ötən tur ABŞ çempionatında fərqlənməklə karyerasında 500-cü qoluna imza atan isveçli forvard futbola başlayanda heç kimin onun bu qədər qol vuracağına inanmadığını bildirib:

 

"Ən gülməlisi odur ki, futbola başlayanda bir çox skaut və tənqidçi yaxşı futbolçu olduğumu, amma qol vurmağı bacarmadığımı deyirdi. Ancaq görünür, mən necə qol vurmaq lazım olduğunu bilirəm. Artıq karyeramda 500 qol vurmuşam, bu, futbol üçün çılğın rəqəmdir”.
 

Qeyd edək ki, İbrahimoviçin ABŞ çempionatının son turunda “Toronto”ya vurduğu fantastik qol karyerasında yubiley – 500-cü olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin