Modriçin cəzası məlum oldu

Sportarena.az      22 Sentyabr 2018, 16:59

İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin futbolçusu Luka Modriçə həbs cəzası kəsilib.

 

Sportarena.az xəbər verir ki, xəbər verir ki, İspaniya məhkəməsi vergidən yayındığına görə, 33 yaşlı yarımmüdafiəçiyə 8 aylıq həbs cəzası verib.

 

İspaniya qanunlarına əsasən, oyunçu həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Beləliklə o, İspaniya hökümətilə əldə etdiyi razılığa əsasən, 60 min avro ödəməklə həbs cəzası çəkməkdən azad olunacaq. Xorvatiyalı futbolçu bundan əvvəl də İspaniya hökumətinə vergidən yayındığına görə 1 milyon 200 min avro cərimə ödəmişdi.

 

Qeyd edək ki, İspaniya höküməti vergi borcuna görə Lionel Messi, Kriştianu Ronaldu, Marselo və portuqaliyalı baş məşqçi Joze Mourinyonu da cərimələyib.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin