Roberto Bordin: "Etdiyim hərəkətə görə peşmanam"

22:44 22 Sentyabr 2018

 “Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. 

 

“Ağ-qaralar” Topaz Premyer Liqasının V turunda öz səfərdə “Zirə”yə qalib gəlib. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis fikirlərini bildirib: “Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər”.

 

- İlk hissənin son dəqiqələrində rəqibin baş məşqçisi ilə konfliktiniz oldu. Buna aydınlıq gətirin.

- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətə qoyduq. Bu hərəkətlərimə görə peşmanam.

 

- Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?

- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır. 

 

Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xəttə səhvlər edirsiniz.  Buraxılan qollar sizi narahat edirmi?

- Futbol müdafiə və hücumdan ibarətdir . Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.


Digər xəbərlər

Xəbər xətti