Abdullah Zubir: "Meydana çıxıb, nəticə qazanmalıyıq" - MÜSAHİBƏ

10:33 24 Sentyabr 2018

Topaz Premyer Liqasının V turunda "Qarabağ" "Qəbələ"ni 4-1 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qarşılaşmada iki qol vuran "Qarabağ"ln futbolçusu Abdullah Zubir jurnalistlərə müsahibə verib. Mərakeş əsilli fransalı vinqer öncə oyunla bağlı danışıb:

 

- Uğurlu nəticə üçün xoşbəxtəm. Eyni zamanda, komand baxımlı oyun nümayiş etdirdi. Bu, gələcək oyunlarımız üçün yaxşı olacaq.

 

- Dubla imza atdın və “Qarabağ” forması ilə ilk qollarını vurdun.

- Çox sevincliyəm. Hər şeydən önəmli olan komandanın nəticəsidir. Qolum elə də vacib deyil. Uğurlu nəticələr bizə daha çox lazımdır.

 

- Çempionluq uğrunda əsas rəqib kimi hansı komandanı görürsən?

- Məncə, kimisə qeyd etmək olmaz. Hələ marafonun sonuna çox var. Oyunlar çətin keçir. Rəqiblər bizə qarşı xüsusi hazırlaşırlar. Oyundan oyuna qalib gəlməliyik.

 

- “Neftçi” liderdir. Onları qeyd etmirsən?

- Xeyr.

 

- “Sportinq”ə məğlubiyyətdən sonra bu oyunda qalib gəlmək nə dərəcədə vacib idi?

- Çox önəmli idi. Vəziyyəti pozitiv etmək istəyirdik. Çox sevinirik ki, bunu bacardıq.

 

- Komandaya yeni gələndə daha çox fərdi oynayırdın. Amma getdikcə daha çox komanda oyununa üstünlük verirsən.

- Məncə, belə deyil. Öz oyunumu göstərirəm. İndi komandaya uyğunlaşmışam.

 

- “Qarabağ”ı sıx qrafik gözləyir. 10 gün ərzində “Zirə”, “Sabah” və “Arsenal”la qarşılaşacaqsınız. Bunun öhdəsindən gələ biləcəksiniz?

- Bu, futboldur, oynamalıyıq. Avropada da 3 gündən bir oyuna çıxırlar. Meydana çıxıb, nəticə qazanmalıyıq.


Digər xəbərlər

Xəbər xətti