Dilan Duventru "Zirə"nin tarixinə düşdü

12:56 24 Sentyabr 2018

Dilan Duventru "Zirə”də qol hesabını açıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi Topaz Premyer Liqasında V turunun "Neftçi” ilə görüşündə fərqlənib. O, 1:2 hesabı ilə uduzan komandasının yeganə qolunun müəllifi olub. "Mavi-qırmızı" formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı Diventru klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Duventru "Zirə”də qol sevinci yaşayan ilk fransalıdı. 

 

29 yaşlı oyunçu Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudu. Duventru "Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdi.


Digər xəbərlər

Xəbər xətti