Perez: “Ronaldo bütün “Real" azarkeşlərinin qəlbindədir"

14:43 25 Sentyabr 2018

“Real “ın prezidenti  Florentino Perez FİFA-nın ilin ən yaxşılarını seçdiyi  “The Best” tədbirində  Kriştiano Ronaldo barədə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri açıqlamasında “Real”ın Ronaldonun evi olduğunu bildirib. O, fikirlərinə əlavə edib: “Ronaldo bütün “Real" azarkeşlərinin qəlbindədir. Mükafatlandırma mərasiminə gəlsəydi, onu qucaqlayacaqdım. Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq".

 

Qeyd edək ki, portuqaliyalı futbolçu yay fasiləsində İtaliyanın “Yuventus” klubuna transfer olunub.


Xəbər xətti