Sərxan Hacıyev Latviya - Hollandiya matçına təyinat aldı

17:38 28 Sentyabr 2018

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Hacıyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Latviya - Hollandiya oyununun UEFA nümayəndəsi olacaq.

 

Oyun oktyabrın 12-də Riqa şəhərindəki Skonto stadionunda keçiriləcək.


Xəbər xətti