Millimizin sabiq futbolçusu Almaniya klubunda

14:20 29 Sentyabr 2018

Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Almaniyanın “Ştralen” klubuna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. “Ştralen” Almaniyanın Reginal Liqasının qərb zonasında mübarizə aparır. Bu komanda hazırda 10 turdan sonra 13 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

 

Erat son olaraq 2-ci Bundesliqada mübarizə aparan “Duysburq”un şərəfini qoruyub. Lakin o, yaydan bəri bu klubdan ayrılmış və azar agent statusu daşıyırdı.


Xəbər xətti