Super Liqa klubunda baş məşqçi istefası

23:20 1 Oktyabr 2018

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə klub rəhbərliyi və baş məşqçi arasında yaranan fikir ayrılıqlarından sonra Kemal Özdeşin postundan ayrıldığı bildirilib. “Kasımpaşa” Super Liqanın 7-ci turunda səfərdə “Trabzonspor”a 2:4 hesabıyla məğlub olmuşdu.

 

Super Liqada daha öncə “Ərzurumspor”da Mehmet Altıparmak, “Rizəspor”da İbrahim Üzülməz, “Akhisarspor”da isə Saffet Suşic baş məşqçi postundan ayrılmışdı.


Xəbər xətti