Farer adalarının baş məşqçisi: "Azərbaycanı necə məğlub etməli olduğumuzu bilirik"

19:38 2 Oktyabr 2018

Farer adaları millisinin baş məşqçisi Lars Olsen Millətlər Liqasında yığmamızla oyundan öncə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis millimizin qrupda Kosovo ilə birgə favorit olduğunu deyib:

 

"Start yaxşı oldu, amma Kosovo səfərində ağ bayraq qaldırmağa məcbur olduq. Rəqibimiz Azərbaycan turnirə uğurlu başlamasa da, onlar da Kosovo ilə birgə favoritdirlər. Buna baxmayaraq, biz də bu iki komanda ilə birgə sona qədər mübarizə aparacağıq. Maltanı da qeyd etmək lazımdır, bu komanda da sürpriz edə bilər. Azərbaycanla oyunda qalib gəlmək istəyirik. Bu, çətindir, amma futbolçulara inanıram. Kosovonu isə ilk oyundan sonra daha yaxından tanıdıq. Rəqibimizi necə məğlub etməli olduğumuzu bilirik".

 

Qrupda 3 xalı olan Farer adaları millisi Azərbaycanı oktyabrın 11-də, Kosovonu isə bundan 3 gün sonra qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti