Mesut Özildən Azərbaycanla bağlı paylaşım – FOTO

12:16 4 Oktyabr 2018

Mesut Özil azərbaycanlı azarkeşləri salamlayıb.

 

Sportarena.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi öz “İnstagram” səhifəsindən maraqlı paylaşım edib. O, azərbaycanlıları salamlayaraq, bu sözləri yazıb: “Axşamınız xeyir, Bakı, Azərbaycan!”.

 

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq.

 

Bu şəkil isə oyun öncəsi Bakı Olimpiya Stadionunda məşq zamanı çəkilib.


Digər xəbərlər

Xəbər xətti