Malta baş məşqçisi: "Azərbaycan ilk oyunda göstərdi ki, rəqabətli komandadır"

17:09 4 Oktyabr 2018

“İlk 2 oyunda bizimlə olan futbolçuların əksəriyyətini saxlamışıq. Yerli oyunçuların daxili yarışlardakı çıxışını diqqətlə izləyirik. Seçimi də buna əsasən edirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan millisi ilə keçiriləcək oyunlardan danışan mütəxəssis hər iki komandanı qrupun favoriti adlandırıb: “Cozef Zerafa Kosovo ilə matçda iştirak etməyəcək. Ancaq Azərbaycana qarşı oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var. Azərbaycanla oyun üçün bütün mümkün ssenariləri nəzərə almalıyıq. Hər iki oyun çox çətin olacaq, çünki qrupun favoritləri ilə mübarizə aparacağıq”.

 

Farruciyaya görə, qrupun ən yaxşısı Kosovo millisidir: “Kosovonu bu qrupda ən güclü komanda hesab edirəm. Onlara qarşı oynamaq bizim üçün ciddi sınaq olacaq. Azərbaycan da ötən ay bizimlə oyunda göstərdi ki, rəqabətli komandadır. Növbəti oyunlara eyni motivasiya və qətiyyətlə yanaşsaq, əminəm ki, uğur qazana bilərik".

 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti