ÇL tarixində 8000-ci qol

17:30 4 Oktyabr 2018

“Atletiko”nun futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasının tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, fransız futbolçu ÇL-in qrup mərhələsi çərçivəsində “Brügge”yə vurduğu qolla bu turnirdə qeydə alınan 8000-ci topun müəllifinə çevrilib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Xəbərdə Qrizmannın “Brügge” ilə matçın 67-ci dəqiqəsində hesabda “Atletiko”nu önə keçirən qolunun 8000-ci olduğu bildirilib. ÇL tarixinin 6000-ci qolunu Mario Götse (Dortmund, Borussiya), 7000-ci qolu isə Anxel Di Maria (PSJ) vurub.

 

“Atletiko” - “Brügge” matçı ev sahiblərinin 3:1 qələbəsi ilə başa çatıb.

 


Xəbər xətti