Unay Emeri: "Çalışdıq ki, “Qarabağ”a şans verməyək"

23:39 4 Oktyabr 2018

“Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.

 

“Topçular” Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanıb. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ispaniyalı çalışdırıcı fikirlərini bildirib: “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq”.

 

- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?

- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.

 

- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?

- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. Rəqib “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahaq qələbə qazanaq.

 


Digər xəbərlər

Xəbər xətti