Samir Abasov: "Qəbələ"nin düşdüyü vəziyyəti məndən yaxşı bilən olmaz"

21:10 5 Oktyabr 2018

Topaz Premyer Liqasının VII turunda "Zirə" "Qəbələ"ni qəbul edib və 1-0 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bölüşüb:

 

"Qəbələ"nin düşdüyü vəziyyəti məndən yaxşı bilən olmaz. Çünki biz də bu halla üzləşmişik. "Qarabağ"la rəqabət apara biləcək 1 nömrəli komanda "Qəbələ" olsa da, əfsuslar olsun ki, belə vəziyyətə düşüblər. Bu gün yaxşı oynadılar, onlara çempionluq uğrunda mübarizə aparmağa layiqdirlər. Oyuna yaxşı hazırlaşmışdıq. Bu qələbəni çoxdan gözləyirdik. Çox çalışdıq, Allah da bizə pay verdi".


Xəbər xətti