"Bavariya" türk futbolçuya təklif göndərdi

16:57 6 Oktyabr 2018

"Roma”nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Almaniyada davam etdirə bilər.
 
 
 
Sportarena.az xəbər verir ki, 21 yaşlı oyunçu "Bavariya”nın maraq dairəsinə düşüb. Aryen Robbenə əvəzləyici hesab edilən türk futbolçu üçün almanlar qarşı tərəfə 60 milyon avro təklif etməyə hazırlaşır.
 
 
Qeyd edək ki, Cengiz Ünder bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti