İbrahimoviç: "Məni bütün dünya istəyir"

19:35 6 Oktyabr 2018

MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçin keçmiş komandası İtaliyanın "Milan" klubuna qayıdacağı ilə bağlı iddialar yayılıb.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı isveçli forvard bu şayiələrə münasibət bildirib: "Hər zaman belə iddialar olub. Həm də məni bütün dünya istəyir. Bu, mənim üçün adi bir şeydir".

 

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və 85 oyuna 56 qol vurub.


Digər xəbərlər

Xəbər xətti