Məşhur kikboksçumuz Almaniyada inamlı qələbə qazandı

Sportarena.az      7 Oktyabr 2018, 17:31

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb. 

 

Sportarena.az xəbər verir ki,  MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb. 

 

Qeyd edək ki, bir qədər əvvəl Amerikada qaydasız döyüş üzrə çoxdandır gözlənilən qarşılaşma da başa çatıb. İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasındakı döyüşdə Azərbaycanda da qələbəsi səbirsizliklə gözlənilən Həbib Nurməhərmmədov uğur qazanıb. Beləliklə, azarkeşlər bir gündə iki sevincli xəbər alıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin