Serxio Ramos: "Bir az səbir etmək lazımdır"

19:19 7 Oktyabr 2018

"Real"ın kapitanı Serxio Ramos La Liqanın 8-ci turunda "Alaves"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, son 4 oyundur qol vura bilməyən Madrid klubunun müdafiəçisi deyib: "İndi hər kəs Ronaldonun yoxluğu səbəbindən qol vura bilməyəcəyimizi deyəcək. Ancaq Ronaldo komandada olduğu vaxt da  belə zamanlarımız oldu. Əlbəttə, qollar vuracağıq. Hədəflərimiz üçün həmişə mübarizə aparacağıq".

 

S.Ramos təndiq edilən baş məşqçisi Xuan Lopeteqiyə də dəstək çıxıb: "Bəzən məşqçi dəyişdirmək yaxşıdır, bəzən yox. Hazırda bu dəyişikliyi etmək düzgün olmaz. Bir az səbir etmək lazımdır".


Xəbər xətti