Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu

Sportarena.az      8 Oktyabr 2018, 10:15

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb. 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

 

Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin