Farerli futbolçu: “Məğlubiyyət qrupdakı işimizi çətinləşdirə bilər"

16:43 9 Oktyabr 2018

“Bu oyun hər iki komanda üçün olduqca vacibdir. Həm Azərbaycanın, həm də bizim qrup qalibi olmaq şansımız var”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının üzvü Hallur Hannson yerloi mətbuata açıqlamasında deyib. UEFA Millətlər Liqasında millimizlə doğma meydanda keçiricəkləri oyundan danışan yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib:
 

“Məğlubiyyət qrupdakı işimizi çətinləşdirə bilər. Evdə oynayacağıq. Artıq doğma meydanda Maltanı məğlub etmişik. Ona görə də necə qələbə qazana biləcəyimizi bilirik. Bununla yanaşı, bizi təhlükəli rəqib gözləyir”.
 

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Xəbər xətti