Benzema yenə Fransa millisinə çağırılmadı

Sportarena.az      11 Oktyabr 2018, 11:35

"Real"ın futbolçusu Kərim Benzema Fransa millisinə çağırılmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Fransa  Futbol Federasiyasının prezidenti Noel Le Qraet yerli mətbuata məlumat verib. O, 2015-ci ildən bəri milli komandaya çağırılmayan 30 yaşlı hücumçunun yaxşı formada olmadığını vurğulayıb: "Benzemanın milliyə çağırılma şansı qalmayıb. Uzun zamandır ki, yaxşı formada da deyil".

 

Qurum rəhbəri Benzema ilə "Fənərbaxça"nın futbolçusu Mateu Valbuena arasındakı məhkəməyə də münasibət bildirib: "Benzema ilə Valbuena arasındakı məhkəmə 3-4 ildir ki, davam edir. Qərar çoxdan çıxmalı idi. Bu məsələ də Benzemanın vəziyyətini çətinləşdirir".

 

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin