Azərbaycan - Malta matçı üçün Bebek

14:21 11 Oktyabr 2018

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan və Malta yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüşü İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcək. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Mario Zebek və Qoran Qabrillo isə əlavə köməkçi-hakimlər olacaq.Yunanıstandan olan Yoannis Tsaxilidis bu görüşdə hakim-inspektor kimi fəaliyyət göstərəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə ukraynalı Vladimir Heninson olacaq.

 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta matçına saat 20:00-da start veriləcək.

 


Xəbər xətti