"Qarabağ"lı oynadı, İslandiya Fransa ilə qollu heç-heçə etdi - VİDEO

12:12 12 Oktyabr 2018

Fransa millisi yoxlama matçında qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, son dünya çempionları "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu İslandiya millisini qəbul edib. Oyun 2-2 hesablı nəticə ilə başa çatıb.

 

Halldorsson fasilədən sonra oyuna daxil olub. 34 yaşlı qolkiper 77-ci dəqiqədə sarı vərəqə alıb.

 

Fransa 2-2 İslandiya

Qollar: Eyyolfsson, 86 (avtoqol), Mbappe, 90 (pen.) - Byarnason, 30, Arnasaon, 58


Xəbər xətti