Tyerri Anri “Monako”da

16:00 13 Oktyabr 2018

Fransa millisinin keçmiş hücumçusu Tyerri Anrinin “Monako”nun “sükanı arxasına” gözlənilən keçidi nəhayət rəsmiləşib.

 

Sportarena.az “knyazlıq klubu”nun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Anri ilə 3 illik müqavilə imzalayıb. 41 yaşlı mütəxəssis bu postda Leonardo Jardimi əvəz edib. Anri peşəkar futbola məhz “Monako”da başlayıb.

 

Keçmiş hücumçu “Monako”dan əvvəl Belçika millisində Roberto Martinesin köməkçisi kimi çalışırdı

 


Digər xəbərlər

Xəbər xətti