Maradona: "Messi oyundan əvvəl 20 dəfə tualetə gedir"

17:44 13 Oktyabr 2018

Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messi ilə bağlı maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis Messinin liderlik keyfiyyətinin az olduğunu deyib:

 

"Leo möhtəşəm futbolçudur, ancaq o, bunu anlamır. Kriştiano Ronaldo ilə birgə dünyanın ən güclüsüdür. Amma "Barselona"dakı Messi ilə Argentinadakı fərqlənir. Messi lider oyunçu deyil. Oyundan əvvəl 20 dəfə tualetə gedən futbolçunun meydanda liderlik etməsini gözləməyə dəyməz. Messinin üzərində bu, təzyiq yaradır. Buraxın, Messi elə Messi olaraq da qalsın".


Digər xəbərlər

Xəbər xətti