Yığma komandada baş məşqçi istefası

13:41 15 Oktyabr 2018

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.

 

Sportarena.az xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib. Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Ukrayna ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı. Bu ölkənin yığması onun rəhbərliyi altında AÇ-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı.

 

Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.

 


Digər xəbərlər

Xəbər xətti