Əsgərxan Novruzov: “Turan Bayramovun potensialına inanırdıq”

Sportarena.az      15 Oktyabr 2018, 16:45

Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov Turan Bayramovun (65 kq) Olimpiadadakı qələbəsini şərh edib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis güləşçimizin uğuruna əvvəlcədən inandıqlarını söyləyib:

 

“İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq Olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi. Bu, bizim üçün çox sevindirici haldır. Başda prezidentimiz İlham Əliyev olmaqla, bütün xalqımızı, federasiyamızın rəhbəri Namiq Əliyevi və bütün əməkdaşlarımızı təbrik edirik. Turanın üzərində əziyyəti keçən bütün məşqçilərə minnətdarlığımı bildirirəm ki, əllərindən gələni əsirgəmədilər və biz də bu nəticəni verdik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin