Zidan Bakıya gəlir?

21:55 16 Oktyabr 2018

Fransa yığmasının və Madridin “Real” klubunun sabiq yarımmüdafiəçisi Zinəddin Zidan Bakıya gələ bilər. 

 

Cebhe.info xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində tanınmış idman şərhçisi Sənan Şəfizadə yazıb. Onun sözlərinə görə, fransalı mütəxəssis Bakıda işləyə bilər: 

 

“Danışım sizə hamının gözləyəcəyi qonaqdan. Təkcə "Real" tərəfdarlarını deyil, bütün azarkeşləri sevindirəcək səfərdən. Zinəddin Zidan yaxın aylarda Bakıya gələ bilər. Qısa müddətli səfər hazırda müzakirə səviyyəsindədir. Hələ razılıq yoxdur. Amma görəsən baş tutacağı halda səfərin məqsədi nədir?» Şərhçinin ehtimalına görə,  Zidana  Azərbaycan futbol klublarından təklif var.


Digər xəbərlər

Xəbər xətti