Gürcüstanı final mərhələsinə yüksəldən qələbə - VİDEO

10:54 17 Oktyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, D liqasının 1-ci qrupunda lider olan Gürcüstan səfərdə Latviyaya 3-0 hesabı ilə qalib gələrək, ardıcıl 4-cü qələbəsini əldə edib. Bununla da, gürcülər UEFA Millətlər Liqasının C liqasına yüksəlib. Vladimir Vaysın komandası qrupda ən yaxın izləyicisi Qazaxıstanı 7 xal qabaqladığı üçün turnirin pley-off mərhələsinə yüksəlib. Gürcüstan millisi pley-off görüşünə gələn ilin iyununda çıxacaq.

 

Latviya - Gürcüstan 0:3

Qollar: Jaba Kankava, 8, Valeriane Qviliya, 29, Giorgi Çaxvetadze, 61


Xəbər xətti