“Neftçi”nin legioneri milli komandada qol vurdu

12:40 17 Oktyabr 2018

“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti millisinin heyətində növbəti qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, Mustivar CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. Bu, 28 yaşlı yarımmüdafiəçinin Haiti yığmasının heyətində 13-cü görüşündə 2-ci qolu olub. Mustivar oyunun ikinci hissəsinə əlavə olunan ilk dəqiqədə əvəzlənib. Oyun onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

 

“Qarabağ"ın müdafiəçisi Donald Gerye isə zədə səbəbindən Haiti millisinə dəvət almayıb.


Digər xəbərlər

Xəbər xətti