"Mançester Yunayted" ərəb şahzadəsinin təklifini rədd etdi

13:20 17 Oktyabr 2018

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salman “Mançester Yunayted”i almaq istəyib.

 

Sportarena.az xəbər verir ki,  Məhəmməd İbn Salman klubun dəyəri olan 3 milyard avronu ödəməyə hazır olduğunu bildirib.

 

Ərəb şahzadə “Mançester Yunyated”in sahibi - amerikalı iş adamı Avram Qleyzerlə klubun satışı ilə bağlı görüşmək istəyib. Lakin Qleyzerlər ailəsi bu görüşdən və klubun satılmasından imtina edib.

 

Qeyd edək ki, “Mançester Yunayted” son illər klubun səhmlərinin bir hissəsini sataraq böyük gəlir əldə edib.

 


Digər xəbərlər

Xəbər xətti