Qadın güləşçilərimiz hazırlığı davam etdirir

18:18 17 Oktyabr 2018

Qadınlardan ibarət güləş yığmamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yerli komandayla birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.

 

Mundialda qadınların yarışı ayın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.


Xəbər xətti