Fabreqas rekordlar kitabına düşdü

17:30 17 Oktyabr 2018

"Çelsi"nin futbolçusu Sesk Fabreqas Ginnesin rekordlar kitabına düşüb.

 

Sportarena.az xəbər verir ki, ispan yarımmüdafiəçi Premyer Liqada ən qısa zamanda 100 məhsuldar ötürmə sayına çatan futbolçu olub. 31 yaşlı futbolçu bu göstəriciyə 293 matçda nail olub.

 

Əvvəlki rekord 367 oyunda 100 qol ötürməsi edən "Mançester Yunayted"in uelsli sabiq futbolçusu Rayan Qiqqzə aid idi. 

 

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. O, 2014-cü ildən isə "Çelsi"nin şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti