"Qarabağ"ın sabiq futbolçusu "Qalatasaray"ın transfer hədəfində

17:07 17 Oktyabr 2018

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə cəlb edə bilər.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Şehiçi əsas qapıçısı Fernando Musleranın əvəzləyicisi kimi komandaya dəvət etmək istəyir.

 

Bildirilir ki, “Ərzurumspor”da maaşını ala bilməyən bosniyalı qapıçının qış fasiləsində klubdan ayrılmağa hazırdır. Bu ayrılıq baş versə, "sarı-qırmızılar" 30 yaşlı qolkiperi transfer edəcək.

 

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edən Şehiç bu mövsüm "Ərzurumspor"un heyətində 6 Superliqa matçına çıxıb və 5 qol buraxıb.


Xəbər xətti