Arda Turanın adı “FETÖ işi”ndə

10:34 18 Oktyabr 2018

“Başakşehir” klubunun və Türkiyə milli komandasının futbolçusu Arda Turanın Fətullahçı Terror Təşkilatı (FETÖ) işi ilə əlaqədar dindirildiyi məlum olub.

 

Sportarena.az xəbər verir ki, FETÖ-nün futbol şəbəkəsi ilə bağlı istintaq prosesində  dindirilən futbolçular arasında Arda Turan da var.

 

Məlumata görə, tanınmış futbolçular Emre Belözoğlu, Arda Turan, Okan Buruk, “Antalyaspor” klubunun baş məşqçisi  Bülent Korkmaz İstanbul prokurorluğunda “FETÖ-yə üzv olmaq”, “Terror təşkilatına bilərəkdən yardım etmək” maddələri üzrə dindirilib.


Xəbər xətti