Obameyanq təyyarəni bəyənmədi və milli ilə səfərə getməkdən imtina etdi

16:05 18 Oktyabr 2018

"Arsenal"ın və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanq yığma ilə Cubaya uçmaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, o, dünən Afrika Millətlər Kbokunun qrup mərhələsində keçirilən Cənubi Sudanla səfər matçı üçün sözügedən ölkəyə getməyib. Obameyanq və bir neçə futbolçu millini aparacaq təyyarədən narazı olduqları üçün bu addımı atıblar. Onların təyyarəni yüksək səviyyəli idmançılar üçün normal standartlara uyğun olmadığını hesab etdiyi bildirilib.

 

Qeyd edək ki, Obameyanq bazar artəsi "Arsenal"ın düşərgəsinə qayıdıb. Onun zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti