Liderdən ardıcıl 7-ci qələbə

Sportarena.az      18 Oktyabr 2018, 18:57

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Lider MOİK səfərdə "Səbail"in əvəzediciləri ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb. 

 

"Zirə"nin əvəzediciləri isə evdə "Qaradağ Lökbatan" üzərində inamlı qələbəyə sevinib.

 

Birinci divizion
7-ci tur
18 oktyabr

 

Zirə-2 - Qaradağ Lökbatan 2:0
Qol: Ülvi İbrahimov, 48. Tapdıq Əhmədov, 59.
Hakimlər: Rauf Cabbarov, Əli Cəbrayılov, Zöhrab Abbasov, Vüqar Həsənli
“AZAL Arena”.

 

Səbail-2 - MOİK 1:3
Qol: Emil Həsənzadə, 77-pen - Rəvan Babazadə, 10. Raul Yaqubzadə, 56; 60.
Hakimlər: Cahangir Yusifzadə, Müslüm Əliyev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bayıl Arena”.

 

Turun qalan görüşləri sabah keçiriləcək: Şüvəlan – Zaqatala, Kəpəz - Keşlə-2, Turan Tovuz - Sabah-2, Sumqayıt-2 - Neftçi-2, Ağsu - Qarabağ-2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin