“Qəbələ” və “Neftçi”nin 47-ci dueli

14:42 19 Oktyabr 2018

Bu həftə Topaz Premyer Liqasında 2-ci dövrəyə start veriləcək. 

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” 8-ci turda “Neftçi” ilə qarşılaşacaq. Ev matçına çıxacaq “qırmızı-qaralar” 47-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 46 qarşılaşmada 16 qələbə qazanan “Qəbələ” 11 dəfə heç-heçə edib. Digər 19 görüşdə Bakı təmsilçisi qələbə qazanıb. Arxada qalan görüşlərdə rəqiblər eyni sayda – hərəyə 59 qol vurub.“Qəbələ”nin öz meydanında keçirdiyi 22 görüşdə qonaqlar üstünlüyə malikdi. 7 qələbə və 5 heç-heçəsi olan qəbələlilər 10 dəfə məğlubiyyət alıb. Bu görüşlərdə “Qəbələ” futbolçuları 27 qol vurub, 30-nu buraxıb.

 

Komandalar arasındakı 46 görüşdən 41-i Premyer Liqa çərçivəsində baş tutub. Ölkə çempionatının 15 oyununda 3 xal qazanan “qırmızı-qaralar” 8 bərabərliklə kifayətlənib. 18 dəfə qalib gələn “Neftçi” top fərqində də öndədi – 53:52.

 


Digər xəbərlər

Xəbər xətti