Mövsümün açılış iclası keçirildi

14:59 19 Oktyabr 2018

Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və Birinci Divizionda çıxış edən klub nümayəndələri üçün 2019-20-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

 

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı

 

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

 


Digər xəbərlər

Xəbər xətti