"Azərbaycan millisi hücum edərkən əlimizi yana salaraq arxada oturmuşduq"

17:06 19 Oktyabr 2018

"Bir neçə aydan sonra FİFA reytinqində ilk yüzlüyə daxil ola bilərik. Bundan çox məmnun olardıq. Hazırda əsas məqsədimiz də budur".

 

Sportarena.az xəbər verir ki, bu sözləri yığmamızın MİllətlərLiqasında rəqiblərindən oolan Kosovo millisinin qapıçısı Samir Uykani deyib. Yerli mətbuata açıqlama verən "Rizəspor"un qolkiperi Millətlər Liqasının ilk turunda yığmamızla Bakıda keçirilən görüşü xatırladıb:

 

"Azarkeşlərimiz ilk günlər səbirsiz idilər. Dünya çempionatının seçmə mərhələsində dərhal qalib olacağımızı düşünürdülər. Heç kim pis nəticə gözləmirdi. Bir neçə həftə əvvəl Azərbaycanla görüşdə rəqib hücum edərkən əlimizi yanımıza salaraq arxada oturmuşduq. Bir neçə dəqiqə ərzində topu sadəcə, çıxarırdıq ki, təzyiqin qarşısını alaq. İndi daha az risk edirik, müdafiyə ilə hücum arasında daha tez-tez balans yaradırıq. Daxili liqamız bunda bizə çox kömək edir. Futbolçular böyüyürlər və öz klublarına çağırış edirlər. Bunun da milli komandaya kömək etməsi aydındır".

 

Qeyd edək ki, Kosovo millimizlə Bakıda qolsuz heç-heçə etmişdi. Komandalar arasında növbəti görüş noyabrın 20-də Priştinada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti